Meksika-ABŞ sərhədindəki çayda azı 9 miqrant boğulub

Ən azı doqquz qanunsuz miqrant Meksika ilə ABŞ arasındakı sərhədi keçmək istəyərkən çayda boğulub.

"Report" ABC News-a istinadən xəbər verir ki, ABŞ sərhədçiləri su basmış Rio-Qrandedə 6 meyit aşkar ediblər. Öz növbəsində onların Meksikadan olan həmkarları daha üç meyit tapıblar.

ABŞ-ın Sərhəd və Gömrük Xidməti qeyd edib ki, departamentin əməkdaşları 37 miqrantı xilas edə bilib, həmçinin daha 16 nəfəri saxlayıb.