Almaniyada təyyarə sirkin dayanacağına çırpıldı, ölənlər var

Almaniyanın Duysburq şəhərində kiçik təyyarə "FlicFlac" sirkinin dayanacağına çırpılıb.

Sherg.az "qafqazinfo"ya istinadən xəbər verir ki, yanğınsöndürmə idarəsindən verilən açıqlamaya görə, yerli vaxtla saat 14:53-də baş verən hadisədə 8 avtomobil yanıb və soyutma prosesi davam edir.

Qəza nəticəsində təyyarədə olan 2 nəfər ölüb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.