Putin və məmurları yuxuya getdi

Ukrayna  bataqlığından çıxa bilməyən və Rusiyanın ən şərq bölgəsi olan Vladivostoka gedən Vladimir Putin qatıldığı toplantıda yuxuya gedib.

Sherg.az xarici media istinadən xəbər verir ki, Vladivostok yaxınlığındakı Russki adasında keçirilən iclasda Putin və yüksək səviyyəli Rusiya rəsmiləri iştirak edib.

Rusiya televiziyalarının ekrana gətirdiyi görüntülərdə 69 yaşlı Vladimir Putinlə yanaşı, digər məmurların da yuxuya getdiyi görüntülənib.

Britaniya mediası Rusiya liderinin səhhətində yaranan problemlərə görə “tükənmə” sindromu  yaşadığını bir daha gündəmə gətirib. 
O da qeyd edilib ki, 3 min əsgərin iştirak etdiyi “Vostok-2022” təlimi üçün Vladivostoka uçan Putin, təlimi izlədiyi qərargaha axsayaraq daxil olub.

Turan