Niyə təyyarədə şort geyinməməliyik? Keçmiş aviaşirkətin əməkdaşı izah edir...

Səbəb rahatlıq deyil, təhlükəsizlikdir!

Hava limanına gedərkən təyinat yerinə uyğun geyinmək məntiqli görünsə də, təcrübəli səyahətçilər bunun həmişə müdrik fikir olmaya biləcəyinin bir neçə səbəbini, xüsusən də təyyarədəki kabin kondisioner sistemi soyuq olduğuna görə təklif edirlər. 

Sherg.az xəbər verir ki, dünyaca məşhur bir aviaşirkətin keçmiş əməkdaşı TikTok-da rahatlığa deyil, təhlükəsizliyə diqqət yetirən bir ipucu verərək, uçuşlarda şortik geyinməməyimizi tövsiyə edir.

Drake Pooley: “Bəlkə bunun zarafat olduğunu düşünürsünüz, amma şort geyinməyin. Bu, verə biləcəyim ən yaxşı məsləhətdir, xüsusən də təcili vəziyyətdə tez çıxmaq lazımdırsa. Təcili çıxışdan açılan şişmə sürüşmə sizi mümkün qədər tez aşağı endirmək üçün nəzərdə tutulub və sürüşərkən sizi sürtünmə ilə yandırır!”.

Pooley belə vəziyyətlərdə dərinizi qorumağın vacibliyini vurğulayaraq, “O qədər ki, aşağı sürüşsəniz, əllərinizi budlarınızda saxlamalısınız, çünki sürüşmədə əllərinizi istifadə etməyə çalışsanız, əlləriniz və dəriniz yana bilər .”

Təcrübəli səyyah həmçinin əlavə edir: “Əlbəttə, heç kim fövqəladə vəziyyətdə olmaq istəməz, lakin belə bir vəziyyətdə görəcəyiniz tədbirlər onun ağrısını daha az edəcək”.

Məsləhət minnətdarlıqla qarşılansa da, suallar da doğurub. İstifadəçilərdən biri “Bir dəqiqə gözləyin... Bəs niyə bəzi aviaşirkətlərdə stüardessalar paltarında ətəkli olur? Adətən, külotlu çoraplar da uniformanın bir hissəsidir, ancaq dediyiniz yanıqların qarşısını almaq üçün kifayətdirmi?” – deyə soruşur.

Digəri deyir: “Dərinizi yandırarsa, idman taytları da  geyinməyin; Material əriyib dərinizə yapışa bilər" .

 Tez-tez səyahət edən digər istifadəçilər uzun paltar geyinməyin fərqli bir səbəbini qeyd edirlər.

Uçuş bələdçisi olduğunu iddia edən bir şəxs "Bir uçuş görəvilisi olaraq sizə şalvar geyinməyi təklif edirəm, çünki təyyarələr düzgün təmizlənmir" deyir. Başqa bir istifadəçi əlavə edir: "Həmişə uzunqol geyinin, çünki bir iş yoldaşım təyyarədə qoltuqaltılardan dəri xəstəliyi keçirdi."