Xorvatiyanın paytaxtı Zaqrebdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkə prezidenti Zoran Milanoviçlə birgə mətbuat konfransı keçirib.
“Sherg.az” xəbər verir ki, tədbirdə o, Rusiya prezidenti Putinin taxıl dəhlizi bəyanatına cavab verib.
"Hazırda Rusiyadan taxıl daşınması yoxdur. Cənab Putin məsələdə haqlıdır. Təəssüf ki, taxıl kasıb ölkələrə yox, zəngin ölkələrə gedir"-, R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün keçirilən tədbirdə çıxışında Türkiyə üzərindən Ukrayna ilə imzalanan taxıl dəhlizi müqaviləsini tənqid edib. Putin Ukraynadan üzən 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və aldadıldığını bildirib.