Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsini dayandırıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiya ilə viza rejiminin sadələşdirilməsini dayandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
“Aİ Şurası Rusiya ilə viza rejiminin sadələşdirilməsinin dayandırılması ilə bağlı qərarı təsdiqləyib”, - bəyanatda qeyd olunub.