Birləşmiş Ştatlar Tacikistan və Qırğızıstan sərhədindəki münaqişədən narahatlığını bildirib.
APA “İnterfaks“a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O bildirib ki, mülki əhalinin həyatı təhlükə altındadır və zərərçəkənlərə başsağlığımızı elan edirik: “Biz hər iki tərəfi atəşkəsə hörmət etməyə və diplomatiya yolu ilə sakitliyi bərqərar etmək üçün səyləri artırmağa çağırırıq".