Həbsxanada ölüm: İranda böyük hiddətə səbəb olub

İranda hicab qaydalarına uyğun paltar geyinmədiyinə görə  saxlanılan və əxlaq polisi tərəfindən zorakılığa məruz qaldığı iddia edilən 22 yaşlı gənc qadın həyatını itirib. Sherg.az xarici media istinadən xəbər verir ki, ölüm hadisəsindən sonra İranın küçələri bir-birinə qarışıb və bir çox fərqli nöqtələrdə etiraz nümayişləri keçirilib.

Məhsa Əmini sentyabrın 13-də İran qaydalarına uyğun olaraq hicab bağlamadığı üçün Tehranda “əxlaq polisi” tərəfindən saxlanılıb.
İran dövlət televiziyasının yayımladığı kadrlarda 22 yaşlı Məhsa Əmininin təcridxanada halsız olub  yıxıldığı görünür.

Görüntülərdə həkim qruplarının gənc qadına müdaxiləsi də yer alıb.

Təcili yardım maşını ilə təcridxanadan xəstəxanaya çatdırılan gənc qadın komaya düşüb.

3 gün komada olan Əmininin sentyabrın 16-da dünyasını dəyişdiyi açıqlanıb.

İran təhlükəsizlik qüvvələri Mahsa Aminin infarktdan sonra öldüyünü iddia edir.

Lakin ailəsi bu iddianı rədd edərək, qızlarının səhhətində heç bir problem olmadığını bildirib.

Gənc qadının xəstəxanada komada olarkən görüntüsünü araşdıran mütəxəssislər, onun qulaqlarından qan gəldiyini, baş nahiyəsindən aldığı zərbələri göstərdiyini bildirirlər.

Əmininin əxlaq polisinin  işgəncələri nəticəsində ölməsi ilə bağlı iddialar İranda böyük hiddətə səbəb olub.

Paytaxt Tehranda etiraz aksiyaları keçirilib.

İran Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalar aparılacağını açıqlayıb.

İran İnsan Haqları Mərkəzi ölkədə gənc qadınlara qarşı təzyiqlərin yüksək səviyyədə olduğuna diqqət çəkib.

İranda İslam inqilabından sonra qüvvəyə minən “qadınların hicab taxması öhdəliyi” son illərdə bir çox iranlı qadın tərəfindən tənqid edilib.

Turan