Qırğızıstanda Tacikistanla münaqişə nəticəsində ölənlərin sayı artıb

Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda həlak olan Qırğızıstan vətəndaşlarının sayı 59-a çatıb.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
“Əməliyyat məlumatlarına görə, daha 13 nəfərin cəsədi Batken vilayətinin səhiyyə müəssisələrinə daxil olub. Bölgədəki silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 59 nəfərdir”, - məlumatda bildirilib.

Qeyd edək ki, qarşı tərəfin məlumatına görə, hərbi qarşıdurma nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub.

Mənbə: TASS