Fransanın Manş dənizinin sahil bölgəsində yerləşən Kale şəhərində miqrantların çadır qurmasının qarşısını almaq üçün bəzi nöqtələrə qayalar döşənib. Fransa mətbuatındakı xəbərlərə görə şəhər mərkəzində yerləşən yaşıllıq və açıq ərazilərə 12 sentyabrdan bu yana yüzlərlə ton qaya yerləşdirilib. Qayaların xüsusən qatar vağzalı yaxınlıqlarındakı Tuna və Maas sahillərindəki nöqtələrə bir metrdən az aralıq olmaqla yerləşdirildiyi deyilir. Kale bələdiyyə sədri Nataşa Buşar bildirib ki şəhər mərkəzində narahatlıqverici düşərgələr istəmiriksə hərəkətə keçməliyik. Kale bələdiyyəsinin qaya parçaları üçün 45 min avro ayırdığı məlum olub.
Mənbə: HaberGlobal