İran parlamenti hicaba görə öldürülən qadınla bağlı araşdırmaya başlayır

Parlament əxlaq təhlükəsizlik patrulunda islahatlar aparılana qədər hicab taxmadığı üçün öldürülən Məhsa Əminin işi ilə bağlı məsələni gündəmdə saxlayacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.

M.B.Qalibaf deyib ki, parlamentin daxili işlər komissiyası Baş Polis Komandanlığı tərəfindən əxlaq təhlükəsizlik patrullarının həyata keçirdiyi proses və üsulları araşdırmalıdır.