Rusiyada hərbi səfərbərlikdən qaçanlar üçün həbs cəzasının artırılması üçün qanun layihəsi hazırlanıb. Layihə artıq Rusiya parlamentinin alt qolu olan Dumadan keçib.
Qəbul edilən qanun layihəsində hərbi cəza qanununda da müxtəlif dəyişikliklər olub. Layihəyə görə düşmən ordusuna könüllü təslim olanlara 10 il, döyüşlər zamanı yağmalama ilə məşğul olanlara isə 15 il həbs cəzası veriləcək.
Bundan əlavə isə səfərbərlikdən qaçanlar üçün həbs cəzası 5 ildən 10 ilə qaldırılıb.
Mənbə: Star qazetesi