Vladimir Putinin yaxın adamlarından daha biri istefa verib

Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından biri hesab olunan, Hesablama Palatasının sədri Aleksey Kudrin vəzifəsindən istefa vermək qərarına gəlib.

O, bu barədə “Telegram” kanalında bildirib.

“Mən Hesablama Palatasının sədri vəzifəsini tərk edirəm, bu barədə Rusiya Federasiyası prezidentinə müəyyən edilmiş qaydada müvafiq ərizə vermişəm”, - deyə Kudrin qeyd bildirib.

Kudrin ümumilikdə 25 ilə yaxın dövlət sektorunda çalışdığını vurğulayıb. O qeyd edib ki, indi özəl təşəbbüslərin geniş şəkildə inkişafı ilə bağlı böyük inkişaf layihələrinə diqqətini cəmləməyi planlaşdırır.

Xatırladaq ki, bu ilin martında Rusiya prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays da istefa ərizəsi yazaraq vəzifəsini tərk etmişdi.

Mənbə: Life.ru