Paşinyan əsəbləşdi: “Bizi düşmən kimi qəbul etməyi dayandırın!”

“Vətəndaşlarımıza və beynəlxalq tərəfdaşlarımıza təklif etdiyimiz bütün xarici və daxili siyasət qərarlarımız əsl Ermənistan konsepsiyasına əsaslanır. Biz balanslaşdırılmış xarici siyasət həyata keçiririk”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Xarici əlaqələr arasında müəyyən tarazlıq yaranmalıdır. Bu, Ermənistanın təhlükəsizliyini təmin edən amillərdən birinə çevriləcək. Bu gün Ermənistan düzgün inkişaf yolundadır. Dövlətimizi düşmən kimi qəbul etməyi dayandırın. Vətəndaşların dövlətimiz haqqında təsəvvürü dəyişməlidir”, – deyə Paşinyan vurğulayıb.