İspaniyanın La Liqa çempionatında hakimlərin oyunlardan sonra canlı yayımda qərarlarını şərh etməsi ilə bağlı yeni qayda tətbiq olunacaq.
Sherg.az xəbər verir ki, 2026-2027-ci il mövsümünün 11-ci turundan qüvvəyə minəcək yeniliyə əsasən, hər həftə seçilmiş iki qarşılaşmanın hakimi matçdan sonra televiziya müsahibəsində iştirak edərək qərarlarını izah edəcək.
Yeni tətbiqin ilk nümunəsi bu gün keçiriləcək “Levante” – “Atletiko Madrid” matçında olacaq. Bazar günü isə “Atletik Bilbao” – “Real Sosyedad” görüşünün hakimi canlı yayımda sualları cavablandıracaq.
Qeyd edək ki, layihə hakim qərarlarının şəffaflığını artırmaq məqsədi daşıyır. Müsahibələrdə iştirak edən hakimlər arasında ümumilikdə 500 min avro mükafat fondu da bölüşdürüləcək.