“Şərq” qəzetinin 30 illik yubileyi münasibətilə təbriklər, xoş arzular və səmimi ürək sözləri ünvanımıza gəlməkdə davam edir. Tanınmış jurnalistlər, ziyalılar və millət vəkilləri bu əlamətdar yubileylə bağlı fikirlərini bölüşərək qəzetin fəaliyyətinə verdikləri dəyəri ifadə edirlər.
Millət vəkili Əli Məsimli də “Şərq” qəzetinə təbriklərini ünvanlayıb:
"Dəyərli dostumuz AKİF bəy, Sizi və kollektivinizi Azərbaycanın media aləmində layiqli yeri, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik prinsiplərinin təbliğində özünəməxsus xüsusi rolu olan “Şərq ” qəzetinin 30 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və kollektivinizə yeni yaradıcılıq uğurları və fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram!".