İstanbulun Esenyurt rayonunda psixoloji problemləri olduğu aşkarlanan ana 1,5 yaşlı qızını zibil qutusuna ataraq qaçıb. Uşaq qoruyucu nəzarətə götürülüb və polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Sherg.az xəbər verir ki, hadisə ötən gün saat 18:00 radələrində Esenyurt Fatih məhəlləsində baş verib. İddiaya görə, zibillikdə 1,5 yaşlı qızı görən vətəndaşlar vəziyyəti polisə xəbər verib.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşları göndərilib. Bu vaxt bir kişi “bu mənim qızımdır” deyərək uşağı zibildən götürməyə çalışıb. Ətrafdakı vətəndaşlar buna imkan verməyiblər. Xəbəri alan polis qrupları hadisə yerinə gələrək ərazidə tədbir görərək uşağı təcili yardıma mindiriblər. Uşağın səhhətinin yaxşı olduğu öyrənilib.
Araşdırmalardan sonra uşağın anası Ayşe D.-nin uşağı zibil qutusuna atdığı müəyyən edilib. Ana saxlanılaraq ədliyyəyə göndərilib. Ananın psixoloji problemləri olduğu və uşağı zibildən götürmək istəyən şəxsin onun atası olduğu öyrənilib. Hadisə ilə bağlı məhkəmə prosesi davam edir.