Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti mərhələyə yüksəlib.
Sherg.az xəbər verir ki, Azərbaycan təmsilçisi cavab oyununda Portuqaliyanın “Sportinq” klubunu 3:2 hesabı ilə məğlub edib. İlk görüşdə eyni hesabla uduzan “Xilasedici”nin növbəti mərhələyə vəsiqəsi “qızıl set”də müəyyənləşib.
Həlledici setdə komandamız rəqibinə 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada “Sportinq” 3:2 hesabı ilə qalib gəlmişdi.