Rusiya Hesablama Palatasının sədri vəzifəsindən azad edilib

Rusiya Federasiya Şurası Aleksey Kudrini Hesablama Palatasının rəhbəri vəzifəsindən vaxtından əvvəl azad edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə qərar Federasiya Şurasının bu gün keçirilən plenar iclasında qəbul olunub.

Qeyd edək ki, dünən Kudrin diqqətini böyük layihələrə yönəltmək istədiyindən Hesablama Palatasının sədri vəzifəsindən getdiyini açıqlayıb.

Rusiya KİV-i Kudrinin Yandex-ə rəhbərlik edəcəyini yazıb.