Aİ Estoniyaya maliyyə yardımı ayıracaq

Estoniya Ukraynaya hərbi yardım etdiyi üçün təzminat kimi Avropa İttifaqından (Aİ) daha 21 milyon avro alacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Mell bildirib.
“Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. İndiki dövrə olan məlumata əsasən, Estoniyaya 156 milyon avro qaytarılacaq”, - o deyib.
Onun sözlərinə görə, Estoniya bu vəsaitdən hərbi potensialının bərpası üçün istifadə edəcək.