İranda ETTELAAT-ın zabiti öldürülüb  - FOTO

İranda Sistan və Bəlucistan əyalətinin Baş Təhlükəsizlik və Kəşfiyyat İdarəsi agentlərindən Əhməd Salehinin Zahedan şəhəri yaxınlığında əməliyyat zamanı öldürüldüyünü açıqlayıb.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, hökumət mediası onu Tehran Universitetinin Kərəc Kənd Təsərrüfatı İnstitutunun Tələbə Bəsic Təşkilatının keçmiş rəhbəri kimi təqdim edib.
Bildirilir ki, onun dəfn mərasimi cümə axşamı Zahidan şəhərində keçiriləcək və sonra o, doğulduğu Mazandaran əyalətindəki Sari şəhərinə aparılacaq.