PKK tərəfdarları Fransanın paytaxtını qarışdırdı:  -  "Hələ susacaqsınızmı?"

Fransanın paytaxtı Parisdə 3 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra keçirilən küçə nümayişlərində çox sayda bina və avtomobil zərər görüb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, nümayişlərə qatılanlar arasında PKK tərəfdarları da olub. Həmin görüntülər üzərinə Ankaradan Fransaya xəbərdarlıq mesajları gəlib. 
Prezidentin sözçüsü İbrahim Kalın, PKK terrorçularının Paris küçələrini yandırdıqlarını ifadə edərək, Fransadan "Hələ susacaqsanmı?" sualını verib. AK Partiya sözçüsü Ömər Çelik isə baş verənlərin terror təşkilatları ilə bağlı ikili standartların nəticəsi olduğunu bildirib və Fransaya "Ölkənizdə terrora himayədarlıq etməyin" çağırışı edib.

Qeyd  edək ki, cümə günü Fransanın paytaxtı Parisdə Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında Fransa vətəndaşı olan 69 yaşlı kişi silahla atəş açıb, biri qadın, ikisi kişi 3 nəfər həyatını itirib.
Hücumdan sonra etirazçılarla polis arasında toqquşma olub, ətrafdakı mağazalara ziyan dəyib, küçələrdə barrikadalar qurulub.

Prezidentin sözçüsü İbrahim Kalın, "Bu, Fransadakı PKK-dır. Suriyada dəstəklədiyiniz terror təşkilatı eynidir" mesajını paylaşıb.

Tvitter hesabında etirazlar zamanı qeydə alınan görüntünü paylaşan Kalın PKK-nın son 40 ildə minlərlə insanı qətlə yetirdiyini bildirib.

Prezidentin sözçüsü Paris administrasiyasına müraciət edərək, "İndi Parisin küçələrini yandırırlar. Siz hələ də susacaqsınız?" ifadələrdən istifadə edib. 

AK Partiya sözçüsü Ömər Çelik, "Bu proseslər Avropada terror təşkilatlarının sırf Türkiyəyə müxalif olduğu üçün müdafiə edilməsinin sonda Avropa üçün böyük bəlalara səbəb olacağına dair bir ipucu olaraq ortaya çıxdı" deyə bildirib.

Ömər Çelik:

"Orada yanan, bu fəaliyyətləri həyata keçirən, oradakı Fransa vətəndaşlarına və polisə hücum edən, ictimai asayişi pozan terrorçuları qınayırıq. O irqçi hücumu da pisləyirik. Eyni şəxs digər qruplara qarşı bu irqçi hücumu dəfələrlə həyata keçirib. Bütün mənzərəyə nəzər saldıqda biz terrora qarşı ikiqat hücumu pisləyirik . Bu, standartın hansı nəticələrə gətirib çıxaracağını göstərdiyi üçün son dərəcə vacibdir.

Turan