Ukraynanın müharibədə məğlubiyyəti NATO-ya trilyonlarla dollara başa gələcək.
Sherg.az xəbər verir ki, bu sözləri NATO-nun Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutan panel iclasında deyib.
Onun sözlərinə görə, bu, alyansın hazırkı hərbi xərclərini xeyli üstələyir.
“Ukrayna uduzsa, NATO-ya əlavə milyardlarla deyil, trilyonlarla dollar lazım olacaq. Bu halda çəkindirici gücün bərpası Qərbə və NATO-ya indi müzakirə etdiyimiz hər şeydən qat-qat baha başa gələcək“, - o bildirib.
”Biz müharibənin trayektoriyasını dəyişməliyik” deyən Rutte əlavə edib ki, Qərb “21-ci əsrdə bir ölkənin digər ölkəni işğal edib onu müstəmləkələşdirməyə çalışmasına icazə verə bilməz”.