Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində Pakistan ordusunun azı 5 əsgəri həlak olub.
APA-nın məlumatına görə, bu barədə bazar günü “Dawn” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Hadisə əyalətin şərqində, 24 dekabr 2022-ci il tarixindən etibarən Silahlı Qüvvələrinin antiterror əməliyyatları apardığı Kahan qəsəbəsi yaxınlığında baş verib.
Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistan Azadlıq Ordusu” təşkilatı üzərinə götürüb.