İranın ali rəhbəri Seyid Əli Xameneyinin 3 il müddətinə azadlıqdan məhrum edilən bacısı qızı Fəridə Muradxani
həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Sherg.az xəbər verir ki, bununla bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradhani sosial media hesabında məlumat verib.
O, paylaşımında Fəridə Muradxaninin Tehran Evin həbsxanasından köçürülməsini istədiyini bildirib.
Qeyd edək ki, paytaxt Tehranda yerləşən Evin həbsxanası bir çox siyasi məhbus üçün ölkənin ən böyük həbsxanası kimi tanınır. Evin həbsxanası Qərb insan haqları təşkilatlarının tənqid hədəfi olduğu halda, ABŞ administrasiyası daha əvvəl həbsxananı insan haqları pozuntularına görə qara siyahıya salmışdı.
Turan