Donetskdə yaralanan Rusiya Prezidentinin hərbi məsləhətçilər qrupunun və “Çar canavarları” elmi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin bazar ertəsi, dekabrın 26-da boyun fəqərələrindən yad cismin çıxarılması üçün əməliyyat keçirəcək.
APA-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Mən uzanmışam, əməliyyata hazırlaşıram. Sabah onurğa sütununda əməliyyat keçirilməlidir. Saxlamaq da olmaz, çıxarmaq da risklidir. İflic yarada bilər” – deyə Roqozin TASS agentliyinə bildirib.
Xatırladaq ki, Dmitri Roqozin Donetskdə otelin atəşə tutulması zamanı yaralanıb.