Sovet və Rusiya aktrisası dünyasını dəyişib

Sovet və Rusiya aktrisası Alya Nikulina 85 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Moskva Ermitaj Teatrının sosial şəbəkə hesabında məlumat verilib. A.Nikulina adıçəkilən teatrın 30 illik aktrisası olub. Aktrisanın ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Nikulina "Hələ də sevirəm, hələ də ümid edirəm" (1984), "Metro" (2012), "Qarşıdurma" (1985), "Epidemiya" (2018), "Məktəb" (2010), "Xoşbəxt həyatda qısa kurs" filmlərində və seriallarında rol alıb.