Kılıçdaroğlu: Əcnəbilərə yaşayış evlərinin satışını qadağan edəcəyik

CHP sədri Kamal Kılıçdaroğlu Twitter hesabından mənzil və kirayə qiymətlərinin artması ilə bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, ev sahibi olmağın getdikcə çətinləşdiyini vurğulayan CHP lideri paylaşımında  fikirlərini beıə əsaslandırıb:

"Kirayə haqları da getdikcə artır. Vətəndaşlarımız öz vətənlərində təqib olunur. 6 aydan sonra 5 il müddətinə əcnəbilərə yaşayış evlərinin satışına qadağa qoyacağıq. Qiymət balansı olana qədər qadağa götürülməyəcək. Bizim prioritetimiz öz insanlarımızdır”.

Turan