Lavrov iranlı və belaruslu həmkarları ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata görə, İranın XİN başçısı həmin gün Rusiyada səfərdə olacaq.
Yanvarın 18-də isə S.Lavrov ötən ilin yekunlarına dair mətbuat konfransı keçirəcək.
Rusiya XİN başçısı yanvarın 18-19-da Belarusda səfərdə olacaq və Minskdə belaruslu həmkarı Sergey Aleyniklə görüşəcək.