Burkina-Fasonun silahlı qüvvələri cümə günü Sahel bölgəsində naməlum silahlı şəxslər tərəfindən oğurlanmış 62 qadın və 4 uşağı xilas edib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Onlar cümə günü şimal-mərkəzi bölgədə aşkar edilib və əməliyyatdan sonra müdafiə və təhlükəsizlik qüvvələri tərəfindən Uaqaduquya qaytarılıb. Onları səkkizgünlük əsirlikdən sonra Burkina-Faso hakimiyyətinin nümayəndələri qarşılayıb”, - deyə bildirilib. Xilasetmə əməliyyatı barədə əlavə məlumat verilməyib.
Uşaqlı qadınlar giləmeyvə və meyvə yığarkən qaçırılmışdılar.