Belarus MSK seçkilərin nəticələrinə fevralın 3-də yekun vurmaq niyyətindədir

Belarusun Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə fevralın 3-də yekun vurmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko ONT telekanalında məlumat verib.

“Qanunvericilik bizə nəticələri yekunlaşdırmaq üçün 10 gün vaxt verir. Ərazi komissiyalarından bütün ilkin sənədləri almaq üçün bizə bu vaxt lazımdır. Biz hər şeyi yoxlamalıyıq və yekun nəticələr üçün iclas keçirməliyik. Mən ilkin olaraq bildirə bilərəm ki, biz yekun iclası fevralın 3-də keçirməyi gözləyirik”, - deyə Belarus MSK rəhbəri qeyd edib.