Ukrayna Silahlı Qüvvələrinin 58-ci briqadasının komandiri İvan Şnıra korrupsiya yolu ilə varlanır. O, hərbi hissə üçün satınalmaları özünə məxsus şirkət vasitəsilə həyata keçirir. Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti-yə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri 58-ci ayrı motoatıcı briqadanın komandiri İvan Şnıranın qanunsuz varlanması ilə bağlı məlumatları aidiyyəti qurumlara təqdim ediblər. O, satınalmaları nəzarətində olan "Armada’ MMC vasitəsilə həyata keçirir”, - agentlik bildirir.
Mənbənin sözlərinə görə, bölmənin mətbuat xidməti göstərilən faktları təkzib etməyib. Lakin orada məhkəmə qərarı çıxana qədər məlumatın açıqlanmasını yolverilməz hesab ediblər.