Almaniya XİN başçısı: Ukraynanı müdafiə etmək üçün əlimizdən gələni etməliyik

Aİ ölkələri və onların beynəlxalq tərəfdaşları Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələcəyinə əmin olmaq üçün mümkün olan hər şeyi etməyə çalışmalıdır.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Beynəlxalq ictimaiyyət olaraq Ukraynanı müdafiə etmək üçün əlimizdən gələni etməyimiz vacibdir ki, Ukrayna qalib gəlsin və yenidən sülh və azadlıqda yaşamaq hüququ qazansın”, - xarici işlər naziri Berbok bildirib.

Almaniya XİN başçısı "Leopard" tanklarının Ukraynaya ixracı ilə bağlı suala konkret şərh verməkdən imtina edib.