Səudiyyə  Ərəbistanı kosmosa qadın göndərir


 Səudiyyə Ərəbistanı bu il kosmosa göndərəcəyi astronavtları müəyyənləşdirib. Maraqlıdır ki, kosmosa göndərəcəyi astronavtlardan biri qadındır. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi SPA məlumat yayıb. Məlumatda qeyd edilir ki, 2023-cü ilin ikinci yarısında Səudiyyə Ərəbistanının kosmosa göndərməyi planlaşdırdığı AX-2 kosmik gəmisini qadın astronavt Rayyane Bernavi ilə kişi astronavt Əli Qarni idarə edəcək. Kosmik gəmi ABŞ-dən yola salınacaq. Səudiyyə Ərəbistanında kosmosun öyrənilməsi proqramı çərçivəsində daha bir qadın astronavt – Məryəm Firdevsə də təlim keçiləcək.