Putinin keçmiş arvadı İspaniyadakı mülklərini satır

Putinin keçmiş həyat yoldaşı Lyudmila Ocheretnaya İspaniyadakı daşınmaz əmlakından xilas olur.
Bakupost.az xəbər verir ki, bu barədə “Espanol” qəzeti bildirib.
Xəbər görə, Lyudmila Ocheretnaya Aralıq dənizinin ən bahalı kurortlarından biri sayılan İspaniyanın Marbella şəhərində dəbdəbəli yaşayış kompleksindəki daşınmaz əmlaklarını satışa çıxarıb. Jurnalistlər yazır ki, bunun səbəbi Lyudmilanın “Avropa Birliyinin sanksiyaları altına düşmək qorxusu”dur.
Mənzillərin ümumi dəyəri 2,2 milyon avrodur. Onları nikahdan əvvəl Artur Oçeretnı (Putinin keçmiş həyat yoldaşının hazırkı əri) alıb. Lakin ispan nəşri mənzillərin Rusiya prezidentinin keçmiş həyat yoldaşının pulu ilə alındığı iddiasını irəli sürür.
Oçeretnılar ailəsi artıq Britaniya sanksiyaları altındadır. Onları Avropa Birliyinin sanksiya siyahısına daxil edilməsini Ukrayna hökuməti və Korrupsiyaya Qarşı Mübarizə Fondu istəyir.