Ruslar Türkiyədə 1300-dən çox şirkət qurublar 

2022-ci ildə ruslar Türkiyədə 1300-dən çox şirkət qurublar ki, bu da əvvəlki illə müqayisədə 670% çoxdur.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “The Economic Policy Research Foundation” analitik mərkəzi məlumat yayıb.

Məlumata görə, rusların son ildə ən çox şirkət açdıqları ikinci ölkə isə İrandır.