Çinin Ukrayna ilə bağlı planı sülh nizamlanması üçün əsas ola bilər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Qərb və Kiyev hazır olduqda Çinin Ukrayna ilə bağlı planı sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər", - deyə Rusiya Prezidenti vurğulayıb.