Bethovenin saçları onun ölümünə işıq salır

Ölüm səbəbi illərdir müəmmalı olaraq qalan dünya şöhrətli bəstəkar Bethovenin saç telləri araşdırılıb, DNT analizindən sonra bəstəkarın ölüm səbəbi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sherg.az "ntv.com.tr"yə istinadən xəbər verir ki,  məşhur alman bəstəkarı Lüdviq van Bethovenin ölümü ilə bağlı uzun illərdir müzakirələr gedir. 6 mart 1827-ci ildə uzun sürən xəstəlik nəticəsində 56 yaşında dünyasını dəyişən bəstəkarın  xəstəlikləri saç telləri sayəsində aşkarlanıb.

Eşitmək problemi olduğu bilinən musiqiçinin qurğuşun və ya balıqdan zəhərlənərək öldüyü iddia edilib.

“Current Biology” jurnalında dərc olunan araşdırmaya görə, musiqiçinin beş saç nümunəsi araşdırılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Bethovenin qaraciyər xəstəliyinə meyilli olduğu və ölümündən aylar əvvəl hepatit B-yə yoluxduğu da aşkarlanıb. Qeyd olunub ki, musiqiçinin həddindən artıq spirtli içki qəbul etməsi qaraciyər xəstəliyinə səbəb ola bilər.