Ukrayna: Rusiyanın Baxmutda gücü tükənir

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski münaqişənin davam etdiyi Baxmut şəhərində Rusiyanın gücünün tükənməyə başladığını bildirib. Sherg.az xəbər verir ki, Sırskiy tezliklə bu fürsətdən yararlanacaqlarını açıqlayıb.

Komandan sosial media hesabından verdiyi açıqlamada bildirib ki, Rusiya nəyin bahasına olursa olsun, “əsgər və texnika itkisinə baxmayaraq” Baxmutu ələ keçirmək ümidini itirmir.

Rusiyanın Baxmut istiqamətindəki əsas qüvvələrini “Vaqner” təhlükəsizlik şirkətinin döyüşçülərindən təşkil etdiyinə diqqət çəkən Sırski “Onlar böyük itkilər verirlər və gücləri tükənmək üzrədir. Biz bir vaxtlar Kiyev, Xarkov, Balakliya və Kupyanskda etdiyimiz kimi bu fürsətdən çox yaxında yararlanacağıq” deyə bildirib.

Sırski qeyd edib ki, rus ordusunun fasiləsiz hücumları altında cəbhədəki ukraynalı əsgərlər dözüm, şücaət göstəriblər.