Müxalifət Saakaşvilinin azadlığı tələbi ilə genişmiqyaslı etiraz askiyası elan edib


9 aprel tarixində Tbilisinin Rustaveli prospektində genişmiqyaslı etiraz aksiyası keçiriləcək.

Sherg.az xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat"ın sədri Levan Xabeişvili keçirdiyi mətbuat konfransında bildirib.

Vətəndaşları 9 aprel aksiyasına dəvət edən "VMH" sədri bildirib ki, qələbə yalnız xalqın əlindədir:

“Unutmayaq ki, qələbə yalnız xalqımızın əlindədir. Ona görə də aprelin 9-da, saat 17:00-da ölkənin əsas prospektində - Rustavelidə siyasi məhbuslar, Mişanın azadlığı və ölkəmizin Avropaya inteqrasiyası üçün toplaşmaq vacibdir”, - deyə Levan Xabeişvili bildirib.

O, həmçinin “Vivamed” klinikasının M.Saaakşvili ilə bağlı bəyanatına da cavab verib.

Xabeişvilinin sözlərinə görə, “Vivamed”in bu bəyanatı Mixeil Saakaşvilinin həyatının təhlükədə olduğunu bir daha təstiq edir.