Finlandiya NATO-ya üzv olur? - AKTUAL

Finlandiya bu gün rəsmi olaraq NATO-ya daxil olacaq və alyansın 31-ci üzvünə çevriləcək.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə dünən Brüsseldə deyib.
 O bildirib ki, burada, NATO-nun mənzil-qərargahında ilk dəfə olaraq həm şimalın, həm də bütövlükdə NATO-nun təhlükəsizliyi üçün Finlandiya bayrağını dalğalandıracağıq:“İsveç nəticədə daha təhlükəsiz olacaq".
Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək mərasimdə Finlandiya prezidenti Sauli Niinistö də iştirak edəcək.

Finlandiya NATO-nun yaradılmasını nəzərdə tutan Şimali Atlantika Müqaviləsinə qoşulma sənədini NATO Xarici İşlər Nazirlərinin bugünkü iclası başlamazdan əvvəl Brüsseldə ABŞ administrasiyasına təqdim edəcək.

Finlandiyanın NATO-ya üzvlüyünü qeyd edən bayraq qaldırma mərasimi isə üzvlük sənədinin depozitə təhvil verilməsindən sonra NATO-nun mənzil-qərargahında keçiriləcək.

Xatırladaq ki, İsveç və Finlandiya 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzvlük üçün müraciət ediblər. Türkiyə hazırkı şərtlərlə İsveçin üzvlüyünə razılıq verməyib.

Mənbə: Hürriyət qəzeti