Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb


Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bu barədə “Report” "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.

Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.