"Ortada danışılan çox şey var. Ancaq Prezident sarayı indiyə qədər bu barədə açıqlama verməyib".
Bunu "Sherg.az"a açıqlamasında türkiyəli politoloq Abdullah Ağar Rəcəb Tayyib Ərdoğanın hökumət kabinetini necə formalaşdırsçağından danışarkən deyib.
O bildirib ki, Cənab Ərdoğanın təşəbbüsü ilə sabiq nazirlərin hər biri millət vəkili seçilib:
"Bu isə yeni hökümətdə təyinatların kimlərdən ibarət olacağı sualını yaradır. Sabiq nazirlərin millət vəkili seçilməsini isə Mİlli Məclisin gücləndirilməsi üçün olduğunu düşünürəm. Çünki ötən prezident seçkilərində 42 faiz səs toplayan AKP bu seçimlərdə yalnız 35 faiz səs alıb. Ona görə də Milli Məclisi daim diqqətdə saxlamaq lazımdır. Digər tərəfdən yeni siyasəti xəttə də ehtiyac var. Bu mənada nazirlərin böyük hissəsinin dəyişəcəyini proqnozlaşdıra bilərik".
A.Ağar əlavə edib ki, bəzi davamlılıq istəyən kritik nazirliklər də var:
"Bu postlara da təcili həll yolları tapacaq kadrlara ehtiyac var. Sözügedən nazirliklərə isə partiya daxilindəki büroklatlardan və sabiq nazirlərdən təyinat ola bilər. Bunlar sadəcə mənim proqnozlarımdır. Hər şey Prezidentin seçiminə qalıb. Ümumiyyətlə cənab Ərdoğan hər bir postu və namizədi diqqətlə dəyərləndirdikdən sonra kabinet formalaşdırmaq istəyir. Postların paylaşımı isə tamamilə iş yönümlü olacaq. Yəni kim vəzifələri daha yaxşı yerinə yetirəcəksə onlar da nazir təyin ediləcək. Ona görə də ölkə başçısı cəmiyyətdəki polemikalara qoşulmayaraq məsələnin həllinə fokslanıb".
Qeyd edək ki , Türkiyədə yenidən Prezident secilən R.T.Ərdoğanın höküməti necə formalaşdıracağı hamı tərəfindən maraq doğurur. Hətta sosial media şəbəkələrində nazir postlarının kimə veriləcəyi ilə bağlı müxtəlif iddialar dolaşır.