Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Prezident Cinpinqin bu gün "Microsoft" şirkətinin banisi Bill Qeytslə görüşdüyü bildirilib.
"Sherg.az" xəbər verir ki, Həmçinin Cinpinqin Bill Qeytsin həmsədri olduğu "Bill və Melinda Qeyts" Fondu ilə əməkdaşlığı gücləndirmək istədiyi və bu yolda inkişaf etməkdə olan ölkələrə dəstək verməyə hazır olduğunu söylənilib.
Qeyd edək ki, Cinpinq Bill Qeytsə deyib ki, o, bu il Pekində görüşdüyü ilk amerikalıdır.
Mənbə: Haber Global