“İlan körpə” - Atasına verilmədi

  Türkiyənin Uşaq bölgəsinin Eşmə əyalətində nadir dəri xəstəliyi ilə doğulmuş, xalq arasında “ilan körpə” adıyla məşhurlaşan körpə Gökdənizlə bağlı atasının atalıqdan imtina tələbi üzrə başladılan məhkəmə prosesi iki il yarım sonra yekunlaşıb. 

Məhkəmədə körpənin anası Ela Fidan “Gökdənizin dərisi qanamasın deyə hər saatdan bir krem sürtdüyüm zamanlar atasının ona qarşı insafsız davranışları ürəyimi dağlayırdı”, deyib. “Sherg.az” “ntv.com.tr”yə istinadən bildirir ki, Gökdəniz 2021-ci il yanvarın 25-də “Harlequin tipli iqtiyozis” xəstəliyi ilə dünyaya gəlib. Körpənin anası Ela Fidan və atası Musa T.  3 ay öncə boşanmaq üçün Eşmə İlk Hüquq Məhkəməsinə müraciət ediblər. 


Körpə dünyaya gəldikdən sonra atası Musa T. atalıqdan imtina ilə bağlı iddia qaldırıb və DNA analizi aparılmasını istəyib. Körpənin anası isə bundan əvvəl Manisada eyni iddia üzrə məhkəmədə qalib gəlmiş vəkil Zeynəb Abcıya müraciət edib. Vəkillər Zeynəb Avcı və Əhməd Ocak da məhkəməyə müraciət edərək DNA testi aparılmasını tələb ediblər. İzmir Ədli Tibb Qurumu Bioloji İxtisas Dairəsi tərəfindən  Gökdənizdən, o cümlədən ana və atasından alınmış nümunələr üzərində DNA testi aparıb. Məhkəməyə göndərilən sənəddə Musa T.nin körpənin atası olmasına dair 99 faiz dəqiqlik əldə edildiyi qeyd edilib. Lakin “ata”nın vəkilləri DNA testinə etiraz edib. Eşmə İlk Hüquq Məhkəməsi cütlüyün  boşanmasına dair qərar çıxarıb, körpəyə isə ana atası – babası Sait Fidanı qəyyum təyin edib. Bu dəfə “ata” ana tərəfdən babanın körpənin qəyyumu təyin edilməsinə etiraz edib. İzmir Bölgə Ədliyyə Məhkəməsi də etirazı nəzərə alaraq körpəyə üçüncü tərəfin nümayəndəsi – Uşak Vəkillər Palatasının üzvünü qəyyum təyin edib. Eşmə İlk Hüquq Məhkəməsi isə “ata”nın atalıqdan imtina iddiasını rədd edib. Körpənin anası isə atalıq davasından çox, körpəsindən qan alınmasının ürəyini ağrıtdığını söyləyib: “Atası bu davanı açmaqla qürurumu, namusumu ayaqlar altına atdı. Amma məni üzən bu deyil. Mən körpəmdən qan alınarkən onun inciməsinə, ağrımasına daha çox üzülürəm. Gökdənizin dərisi kövrəkdir, ən xırda  müdaxilə onu incidir, dərisi qanayır. Körpənin xəstəliyini bilə-bilə ona bu acını yaşatdağı üçün Musanı bağışlamıram”.