Fransanın paytaxtı Parisdə 2024-cü il Olimpiadası böhranı baş verib.
“Sherg.az” verir ki, Paris 2024 Olimpiya Təşkilat Komitəsinin qərargahına Fransa polisi tərəfindən basqın edilib.
Axtarış qərarının Fransa Milli Maliyyə Prokurorları tərəfindən verildiyi bildirilib.
Həmçinin təşkilat Komitəsinin üzvü Paris 2024 Komitəsinin polisin araşdırmasını asanlaşdırmaq üçün əməkdaşlıq etdiyini söyləyib.
Qeyd edək ki, istintaqla bağlı ətraflı izahat verilməyib.
Xatırladaq ki, olimpiada iyulun 26-dan avqustun 11-dək, Paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.
Mənbə: Hürriyət qəzeti