Təhlükəli qadın azadlıqda: 19 yaşında həbsxanaya düşdü, 72 yaşında çıxdı

  Dünyanın ən təhlükəli qadını artıq sərbəstdir. 19 yaşında həbsxanaya salınan qadın  72 yaşında oranı tərk edib.

“Sherg.az”  “Milliyet.com.tr”yə istinadən dünyanın ən təhlükəli qadını hesab edilən Lesli Van Hotenin qanlı həyat hekayəsini təqdim edir. Lesli irqi ayrı-seçkilik əsaslı cinayətlər törətmiş Çarlz Manson ailəsinin üzvü olub. 


O, 1969-cu ildə 2 qatı cinayətə görə ömürlük həbs cəzasına məhkum edilib. Bu zaman onun 19 yaşı olub. Manson və təriqət üzvləri 1969-cu ildə irqlər arası münaqişəni alovlandıraraq 2 gecədə 7 nəfəri qətlə yetirmişdilər. Lesli də Los-Ancelesin varlı ailərindən olan Leno və Rosemari La Bianca cinayətində iştirak etdiyini etiraf etmişdi. Bu cinayətdən 1 gün əvvəlsə təriqət mənsubları tanınmış rejissor Roman Polanskinin hamilə həyat yoldaşı Seron Tateni və onlarla birlikdə 5 nəfəri qətlə yetiriblər. Manson və 3 qadına ortaq cinayət törətmək əməlinə görə ölüm cəzası verilib. Lakin Kaliforniyada ölüm cəzası müvəqqəti qadağan edildiyinə görə ölüm cəzası 1972-ci ildə ömürlük həbslə əvəzlənib. Leslie Van Hoten tərəfindən irəli sürülən təxliyə istəyi isə Kaliforniya valisi tərəfindən rədd edilib. 2020-ci ildə isə Leslinin apellyasiya şikayəti qəbul edilib. Və o, şərti azadlığa buraxılıb. Kaliforniya valisi Gavin Neysom isə bundan dərin üzüntü duyduğunu bildirib: “Cinayətə qurban getmiş ailələrin sağ qalan üzvlərini 50 ildir cinayətkarların həbsdə qalması ovundururdu. Artıq onları ovunduracaq heç nə qalmayıb”. Lesli Van Hoten 53 il həbsxanada qaldığı müddətdə universitet bitirib, mütəxəssis dərəcəsi alıb. Şərti azadlığa buraxılan qadın 1 il evində qalacaq və modern həyata adaptasiya olmağa çalışacaq. Vəkilləri isə “artıq o da internetdən istifadəni, nağdsız ödəmələrlə alış-veriş etməyi öyrənəcək”, - deyib. Lesli özü də azadlığa buraxılnması üçün etdiyi müraciətlərdə işləmiş olduğu cinayəti etiraf etməklə yanaşı, bunu Mansonun təsiri altında etdiyini də etiraf etmişdi. O, həbs edilənlər arasında ən gənci olub. 19 yaşında həbsxanaya salınan gənc qadın 53 il sonra – 72 yaşında oranı tərk edib. Bir çox qətllərə imza atmış Çarlz Manson isə 2017-ci ildə 83 yaşında həbsxanada vəfat edib.