Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Sabirkənd yaxınlığında baş verib.

Hüseynov Sehun Ramiz oğlu “VAZ 21061" markalı avtomobillə yolu keçmək istəyən piyada Hüseynov İlham Müslum oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.