Rəhman Hümmətov : Bakıda 35 minə yaxın taksi fəaliyət göstərir

Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyəti göstərir.

"APA-Economics" xəbər verir ki, bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, əvvəl Bakıda təxminən 67-70 min taksi fəaliyyət göstərirdi.

“Yaradılmış elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 minə yaxın taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - nazir müavini qeyd edib.