Daha 3 bitərəf deputat seçki ilə bağlı qərar verdi

VI çağırış Milli Məclisin üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov və Anatoliy Rafailov sentyabrın 1-də keçiriləcək parlamet seçkilərində iştirak edəcək.

Sherg.az xəbər verir ki, Jalə Əliyeva Modern.az-a açıqlamasında 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizəd olacağını bildirib. O, III, IV, V və VI çağırış Milli Məclisin üzvü olub.

Novruzəli Aslanov 89 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürəcəyini deyib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti indiyədək 4 dəfə deputat seçilib.

VI çağırışda ilk dəfə deputat seçilən Anatoliy Rəfailov isə 89 saylı Quba-Qusar seçki dairəsindən namizəd olacağını açıqlayıb.